Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilən TEKNOFEST Azərbaycan festivalında universiteti təmsil edən komandaların stendləri ilə tanış olub.
UNEC-dən 12 komanda TEKNOFEST Azərbaycan festivalı üçün müraciət edib, onlardan 7 komanda final mərhələsinə keçib. Festivala UNEC-in “Karabakh AgroDrone”, "Robotexnika", “Yaşıl texnologiyalar”, “MEDictionary”, “Unim” komandası, "Ağıllı şəhər" konsepsiyası əsasında ətraf ərazilərlə vahid mikrosistemin yaradılması,” Philadelphia” komandaları öz innovativ layihələri ilə qatılıb və maraqlı təqdimatları ilə bir çox ziyarətçilərin, tanınmış şirkətlərin diqqətini cəlb ediblər. UNEC-in komandaları “Pilotsuz uçuş aparatları”, “Robotexnika-b”, “Yaşıl texnologiyalar”, “Sosial yönümlü texnologiya”, “Smart Qarabağ hakatonu”, “Baku Skills” müsabiqələri üzrə final mərhələsinə yüksəliblər.
Rektor Ədalət Muradov UNEC komandalarının təmsil olunduğu stendlərlə tanış olub, tələbələrlə söhbət edib, bu cür festivalların gənclərin inkişafında önəmli rol oynayacağını bildirib və onlara müsabiqənin finalında uğurlar arzulayıb.
Qeyd edək ki, 4 gün davam edəcək tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.