A

Oktyabrın 14-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC-in məzunu, Vətən müharibəsinin şəhidi Əbil Cəbizadənin anım günü idi.

Əbil Cəbizadənin anım günündə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, THİK sədri İlkan Əliyev və tələbələr şəhidin Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər.

Əbil Cəbizadə ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə""Füzulinin azad olunmasına görə" medalları  ilə təltif olunub.

Allah rəhmət eləsin!

 

TOP XƏBƏRLƏR