×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить e4007fced64050105533db625a516a03-cache-page-2a34503d015f9e78f33a176063631f30.php


A

İqtisadiyyat və idarəetmə fakültəsi "Humanitar fənlər" kafedrasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan seminar keçirilib.

Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükütla yad edilməsilə başlayıb. “Qarabağ iqtisadi rayonunun ətraf mühit problemləri” və “Qarabağın tanınmış şəxsiyyətləri” mövzusuna həsr olunan seminarda fakültənin dekanı dosent Elçin Eyvazov açılış nitqi ilə çıxış edib.

Daha sonra Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov Qarabağın tanınmış şəxsiyyətləri olan Behbud xan Cavanşir və Əhməd bəy Ağaoğlu haqqında geniş məruzə ilə çıxış edib.

Sonra sosial innovasiyalar və ictimai idarəetmə kafedrasının dosenti İlqar Xəlilov və tələbələrdən Nərmin Əkbərova, Aynur Sadıqova Qarabağ iqtisadi rayonunun ətraf mühit problemlərindən bəhs ediblər.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay