A

UNEC-in şəhid məzunu Rüfət Əsgərovun qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmasından iki il ötür.

Şəhidimizin əziz xatirəsini yad etmək məqsədilə UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva, departament üzrə Həmkarlar Komitəsinin sədri Gülnar Dadaşzadə, proqram rəhbəri Fəqanə Əhmədova və departamentin dosenti Mətanət Əmrahova Suraxanı qəsəbəsində keçirilən ildönümü tədbirində iştirak ediblər.

Tədbirdə departamentin direktoru Gülnarə Dadaşzadə çıxış edərək şəhid Rüfət Əsgərovla bağlı xatirələrini bölüşüb və UNEC ailəsi olaraq daim onun xatirəsini əziz tutduqlarını qeyd edib.

TOP XƏBƏRLƏR