UNEC-in İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov National Aeronautics and Space Administration saytında xəta olduğunu aşkarlayaraq, NASA-ya bu barədə rəsmi məlumat verib.
Sözügedən qurum UNEC tələbəsinin bildirişindən sonra xətanı aradan qaldırıb. Tələbənin tapdığı boşluqda saytın error mesajindan sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu. Boşluq daxilindəki məlumatları əldə edən məkrli şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaq, haker hücumları törədə bilərdilər.