A

Azərbaycan Respublikasının Gənclər Fondunun " İdeyanı reallaşdır" 2022 Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Gənc İnnovasiya Menecerləri" inkişafı layihəsində UNEC tələbələri də yer alıblar.

Ümumilikdə 3 ayı əhatə edəcək layihədə iştirak üçün ali təhsil müəssisələrindən qatılan 120 tələbədən 30-u seçilərək iştirak hüququ qazanıblar.

UNEC Karyera Mərkəzinin koordinasiyası ilə UNEC SABAH, Maliyyə və mühasibat, Mühəndislik fakültələrinin, Dizayn Məktəbi və Rus İqtisad Məktəbinin 10 tələbəsi layihənin aktiv iştirakçılarıdırlar.

Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsində bilik və bacarıqlarının artırılması, kadr potensialının inkişafı, innovasiyaların təşviqidir. 

TOP XƏBƏRLƏR