A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin (KİM) təşkilatçılığı ilə universitetin müəllim və tələbə heyəti “İntellektual qatar” adlı sərgidə iştirak ediblər.

Sərgi Azərbaycan Dəmir Yolları Muzeyi və Respublika Elmi-Texniki Kitabxanası-nın birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Ziyarətçilərə muzeyin yaranma tarixi, Azərbaycanda dəmir yollarının inkişafı barədə məlumat verilib. Eyni zamanda iştirakçılar kitab fondunda qorunan unikal nəşrlərlə yanaşı, elm, təhsil və peşəyönümlü müasir ədəbiyyat nümunələri ilə tanış olublar.

UNEC KİM 24/7 Kitabxananın müdiri Arzu Məmmədova sərgidə nümayiş olunan “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxmış elmi əsərlər barədə tələbələrə ətraflı məlumat verib.

UNEC-in İqtisadiyyat fakültəsinin katibi, “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov çıxış edərək Azərbaycan iqtisadiyyatında dəmir yollarının rolu, yük və sərnişindaşımaların təşkili, logistika sistemlərinin inkişafı və ölkənin tranzit potensialı barədə geniş izahat verib.

“Humanitar fənlər” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xədicə Abbaslı muzeyin yaradılmasının əhəmiyyətini vurğulayaraq, burada qorunan eksponatların Azərbaycan Dəmir Yolları tarixini əks etdirdiyini diqqətə çatdırıb. Sonda o, UNEC-in fəxri professoru Məhəmmədəli Paşayev tərəfindən müəllifi olduğu “Azərbaycanda dəmiryolu: dəmiryolçuların sosial-iqtisadi vəziyyəti və mübarizəsi (1880–1920)” kitabını muzeyə hədiyyə edib.

Sərgidə KİM 24/7 kitabxanasının əməkdaşları, kitabxana könüllüləri, eləcə də “Maliyyə və mühasibat” və “İqtisadiyyat və idarəetmə” fakültələrinin tələbələri iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay