Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası İqtisad fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib.
Tədbirdə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib.
Türk Dünyası İqtisad Fakültəsinin Dekanı Prof.Dr.Mehmet Yüce, T.C Bakü Eğitim Müşaviri Ali Rıza Altunel və onlayn bağlantı vasitəsilə Bursa Uludağ Üniversitesinden Prof.Dr. Muammer Demirel, Kuzey Makedonya Uluslararası Vizyon Üniversitesinden Doç.Dr.Azam Körbayram ve fakültəmizin müəllimi Doç.Dr.Aqil Məmmədov tədbirdə çıxış edərək, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı faciəsindən, erməni vandallarının törətdikləri vəhşiliklərdən danışıblar