UNEC Karyera mərkəzi, Biznes mərkəzi, Rəqəmsal İqtisadiyyat fakültəsi və Coders Azerbaijan Akademiyasının birgə təşkilatçılığı ilə “CS50x Azerbaijan layihəsi” çərçivəsində təlimlərə start verilib.
Təlimlərdə Akademiyanın onlayn müraciət formasını və imtahan, müsahibə mərhələlərini uğurla tamamlayan, informasiya texnologiyaları ixtisaslarında təhsil alan 20 tələbə iştirak edir. Tələbələr 10 həftə ərzində proqramlaşdırmaya giriş dərslərini öyrənib, tətbiq edərək final günündə layihə təqdim edəcəklər.
Layihənin məqsədi proqramlaşdırmaya həvəsi olan tələbələrə dəstək olmaq və təməl biliklərin öyrədilməsində köməklik göstərməkdir.
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi