A

UNEC-in Zaqatala filialında professor-müəllim və tələbə kollektivinin iştirakı ilə Novruz bayramına həsr olunmuş "İlaxır çərşənbə" adlı tədbir keçirilib.

Tədbirin bədii hissəsində filialın tələbələrinin ifa etdikləri musiqi və rəqs nömrələrini iştirakçılar maraqla qarşılayıb.

Filialın direktoru professor Orucəli Rzayev simvolik Novruz tonqalını yandıraraq, kollektivi təbrik edib, onlara sağlam həyat, bol ruzi-bərəkət, xəyal və ümidlərinin gerçək olmasını arzulayıb.

Sonra Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev, filialın direktor müavini dosent Həqiqət Qədimova, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri dosent Səfər Razıyev bayram münasibətilə müəllim və tələbə heyətini təbrik edib, gələcək işlərində uğurlar arzulayıblar.
 

 

TOP XƏBƏRLƏR