Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri PBL (Problem Based Learning) tədris metodunu müasir tədris yanaşması kimi müsbət qiymətləndirirlər.
Müsahibələr zamanı müəllimələr, PBL yanaşmasını tələbələrin analtik düşünmə, komandada əməkdaşlıq bacarıqlıqlarının formalaşdırılmasında mühüm rol oynadığını bildiriblər. Həmçinin bu metodun tələbələrin təlim prosesində aktiv iştirakını təmin etməklə bərabər, onların bilik və bacarıqlarını daha interaktiv şəkildə inkişaf etdirdiklərini qeyd ediblər. UNEC müəllimləri yeni öyrənmə metodunun tələbələr tərəfindən böyük maraqla qarşılandığını və öyrənmə metodunun yaxşılaşmasında əhəmiyyətli olduğunu deyiblər.