UNEC və Fransanın Leon şəhərində yerləşən CEFAM ((İnterational School of Business and Management) ilə ERASMUS+ proqramı çərçivəsində imzalanan müqavilə əsasında, Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin və Azərbaycanda Fransa İnstitutunun dəstəyi ilə həyata keçirilən Eramus+ Mübadilə Proqramının icrasına başlanılıb.Bununla əlaqədar olaraq, proqramın qəbul şərtləri və qeydiyyat proseduru haqqında UNEC tələbələrinə aprelin 1-də geniş təqdimat keçirilib.
Martın 29-da UNEC-in rəsmi internet səhifəsində elan olunan musabiqəyə 33 tələbə müraciət edib.
İlkin mərhələdə əsasən qəbul şərtləri kimi UNEC tələbələrindən 90 baldan çox ümumi orta müvəfəqiyyət göstəricisinə (ÜOMG) sahib olmalı və mükəmməl ingilis dilini bilmələri tələb olunur.
Aprelin 9-da Azərbaycanda Fransa İnstitununda UNEC-in əməkdaşı Afət Ələkbərovanın iştirakı və Fransanın Azərbaycandakı Səfirliyinin Əməkdaşlıq və Mədəniyyət Müşaviri, Azərbaycanda Fransa İnstitunun rəhbəri cənab Yohan Şiterer və Səfirliyin Universitet əməkdaşlığı üzrə məsul şəxsi Campus France agentliyinin Azərbaycanda nümayəndəsi cənab Batist Minyonun nəzarəti altında namizəd tələbələr arasında ingilis dili üzrə imtahan təşkil olunub.
İkinci mərhələni uğurla keçən 15 tələbə CEFAM ilə skype musabiqəsinə dəvət olunacaqlar və eyni zamanda “Azərbaycan iqtisadiyyatının şaxələnməsi” mövzusunda 1500 sözdən ibarət yazılı inşa təqdim edəcəklər.Müsabiqənin sonunda seçilmiş UNEC-in 5 tələbəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə proqramı çərşivəsində CEFAM-da 2016/2017-ci tədris ilinin payız semestrində təqaüdlü təhsil almaq şansı qazanacaqlar.