A

Türkiyənin Süleyman Dəmirəl Universitetinin bir qrup əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC rektoru, professor Ədalət Muradovun Süleyman Dəmirəl Universitetinin İqtisad fakultəsinin dekanı, professor Dr. Murat Okçu, həmin fakültənin müəllimi, dosent Dr. Çiğdem Akman və Sosial Elmlər İnstitutunun müdir vəkili, dosent Dr. Elvettin Akman ilə görüşündə iki ali təhsil ocağı arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Bakalavr, magistratura və doktorantura pillələri üzrə ikili diplom proqramlarının və distant təhsilin inkişaf etdirilməsi üzrə bazanın yaradılması istiqamətində birgə işlərin aparılması tədbirin əsas müzakirə mövzusu olub. Görüşdə UNEC doktorantlarının təhsillərinin Süleyman Dəmirəl Universitetində davam etdirilməsi ətrafında da danışıqlar aparılıb.

Tədbirdə Erasmus+, Mövlanə və digər qrant layihələrində də birgə işləmək arzusu ifadə edilib.

TOP XƏBƏRLƏR