A

Kazan Federal Universitetində təşkil olunan 2 həftəlik “Yay Universiteti” layihəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Universitetlərarası əməkdaşlıq çərçivəsində Kazan Federal Universitetinin “Yay Universiteti” layihəsində UNEC tələbələri də iştirak ediblər.

Səsvermənin nəticələrinə görə, “Business Analytics 5.0” treki üzrə ən yaxşı layihə olaraq UNEC-in iki tələbəsi - Lamiyə Əsədova (RİM) və Nilgün Əqiqin (Mühəndislik fakültəsi) “Travel Over the World” layihəsi seçilib.

Münsiflər heyəti ən fəal trek iştirakçılarını güzəştli şərtlərlə Kazan Federal Universitetinin magistraturasına daxil olmaq hüququ verən sertifikatlarla da təltif ediblər. Sertifikatlar Rus İqtisad Məktəbinin tələbələri olan Elmin Novruzova və Murad Kazımova verilib.

Tələbələri müşayiət edən “Tətbiqi iqtisadiyyat” kafedrasının ixtisas rəhbəri Lalə Həmidova isə 50 akademik saatı əhatə edən “Təhsildə layihələrin idarə edilməsi” proqramı üzrə ixtisasartırma sertifikatı əldə edib.

Qeyd edək ki, “Yay Universitetində” 13 ölkədən, o cümlədən Azərbaycan, Cənubi Afrika, Braziliya, Çin, Hindistan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və s. 400 tələbə iştirak edib.

TOP XƏBƏRLƏR