A

UNEC ilə Türkiyənin Ege Universiteti arasında elmi əməkdaşlıq münasibətlərini gücləndirmək, birgə tədqiqat layihələrini həyata keçirmək məqsədilə Ege Universitetin Fənn fakültəsinin "Biokimya" kafedrasının dosenti, həmçinin UNEC-in Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat Mərkəzinin həmrəhbəri Aziz Eftekhari UNEC-də elmi ezamiyyətdə olub.

Səfər zamanı Aziz Eftekhari tərəfindən Kompozit Materiallar Elmi-tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayevin rəhbərliyi altında fəaliyyət göstərən laboratoriyalarda “Lənkəran-Astara çayı ilə istehsal olunan müxtəlif içkilərin qidalanma, fiziki-kimyəvi və farmakoloji xüsusiyyətləri” adlı doktorluq dissertasiyasının təcrübi sınaqları aparılıb və müəyyən eksperimentlərə start verilib. Qeyd etmək lazımdır ki, eyni zamanda bu eksperimentlərin bir hissəsi də Ege Universitetində aparılır.

Səfər çərçivəsində həmçinin hər iki Universitetin birgə iştirakı ilə COP29-la (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) bağlı həyata keçirilməsi nəzərdə tutulan layihənin ilkin müzakirəsi keçirilib, birgə elmi nəşrlər və elmi layihələrin icrası barədə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR