Qazaxıstanın Turan Universitetinin xarici əlaqələr və doktorantura üzrə prorektoru, dosent Güljanat Jubatkanovna Tayauova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.
UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənovla görüşdə hər iki universitetin təhsil imkanları və potensial əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı elmi-tədqiqat sahəsində birgə fəaliyyətin genişləndirilməsi, ortaq elmi layihələrin həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi ilə bağlı məsələlər əsas müzakirə predmeti olub. Müzakirələr çərçivəsində universitetlər arasında ikitərəfli mübadilə proqramlarının genişləndirilməsi, beynəlxalq təcrübə proqramlarının tədris prosesinə inteqrasiyası və birgə tədqiqat layihələrinin icrası ilə bağlı təkliflər irəli sürülüb.