A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov və Beynəlxalq Əməkdaşlıq Departamentinin Strateji İnkişaf şöbəsinin müdiri Bəhlul Əliyev Elsevier SciVal-ın Türkiyə və Azərbaycan üzrə təmsilçiləri Yasemin Solay və Ümit Yontar ilə onlayn görüş keçiriblər.

Görüş zamanı UNEC-in beynəlxalq elmi əməkdaşlıqlarının genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin qlobal platformalarda təhlil olunması və universitetin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması imkanları müzakirə olunub. Elsevier SciVal platformasının təqdim etdiyi analitik imkanlar və bu alətin UNEC tədqiqatçılarının fəaliyyətinin daha effektiv qiymətləndirilməsində rolu görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Yasemin Solay və Ümit Yontar SciVal platformasının istifadəsi, onun üstünlükləri və universitetlər üçün yaratdığı strateji imkanlar barədə ətraflı məlumat veriblər. Həmçinin UNEC-in elmi-pedaqoji heyətinin beynəlxalq elmi bazalarda görünürlüyünün artırılması və gələcək birgə layihələr üzrə əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Sonda tərəflər gələcəkdə mövcud əlaqələrin daha da dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi barədə müzakirələr aparıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay