27 sentyabr – II Qarabağ Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin təşəbbüsü ilə beynəlxalq onlayn tədbir keçirilib.
Tədbirdə UNEC-in Rus İqtisad Məktəbi (RİM) ilə yanaşı, Macarıstanın Miskolc Universiteti, Türkiyənin Uşak Universiteti və Qazaxıstanın Akademik E.A. Buketov adına Karaganda Universitetinin nümayəndələri iştirak ediblər.
UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Bəhlul Əliyev çıxışında 27 sentyabrın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb.
Sonra UNEC Rus İqtisad Məktəbinin (RİM) direktor müavini Anar Eyyubov çıxış edərək II Qarabağ müharibəsi şəhidlərinin qəhrəmanlıqlarından söz açıb. O, şəhidlərin əziz xatirəsinin hər zaman dərin ehtiramla xatırlanacağını qeyd edib.