A

Qırğızıstan-Türkiyə “Manas” Universitetinin dosenti Azamat Maksudunov Orhun Proqramı çərçivəsində UNEC-də mübadilə proqramında iştirak edib.

Mübadilə müddətində o, Türk Dünyası İqtisad Fakültəsində “Satış idarəçiliyi”, “Biznes elminə giriş” və “İnsan resursları idarəçiliyi” fənləri üzrə mühazirələr oxuyub. Eyni zamanda, III kurs “Maliyyə” ixtisası tələbələri ilə xüsusi görüş keçirilib. Görüş zamanı müasir idarəetmə üsulları, əmək bazarındakı çağdaş tendensiyalar və satış strategiyaları mövzularında interaktiv müzakirələr aparılıb.

Azamat Maksudunov fakültə dekanı i.f.d. Yusif Əliyevlə də görüşüb. Görüş zamanı A.Maksudunova “Türk Dövlətləri Əməkdaşlığı: Yaşıl İqtisadiyyat Çərçivəsində Fəaliyyətlər və Bunun Gələcəyin İş Dünyasına Təsirləri” adlı kitab təqdim olunub. Həmçinin gələcəkdə ortaq elmi kitab layihəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə Türk dünyası ilə akademik əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay