A

UNEC-in nümayəndə heyəti İstanbulda yerləşən Acıbadem Universitetini ziyarət edib.

Səfərin məqsədi iki ali təhsil müəssisəsi arasında potensial əməkdaşlıq istiqamətlərinin müzakirəsi və akademik əlaqələrin genişləndirilməsi olub.

Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi imkanları, əcnəbi tələbə cəlbi, birgə layihələrin icrası və gələcək akademik əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Türkiyənin tibb və səhiyyə sahəsində tanınmış ali məktəblərindən olan Acıbadem Universitetinin nümayəndələri gələcək əməkdaşlığın hər iki universitet üçün faydalı ola biləcəyini vurğulayıblar.

Səfər konstruktiv müzakirələrlə keçib və qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.

UNEC nümayəndə heyətində Karyera Mərkəzinin direktoru Sevinc Məcid, Beynəlxalq əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşları Rəsul Yusibov, Günel Cəlilova və Xanım Ağadadaşova, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin marketoloqu Samir İsmayılzadə yer alıb.

Acıbadem Universiteti tərəfindən isə Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Gamze Kemerli və həmin şöbənin əməkdaşları Nevzet Erkan Eryürek və Beyza Güldür görüşdə iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay