×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить index.html


A

UNEC-in “Beynəlxalq İqtisadiyyat” (ingilisdilli) kafedrasının müdiri Altay İsmayılov və UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev Avropa Birliyinin Erasmus+ mübadilə proqramı çərçivəsində Macarıstanın Dunayvaroş Universitetində olublar. UNEC müəllimləri universitetin Sosial Elmlər İnstitutunda tədrisi ingilis dilində aparılan iqtisadiyyat proqramları üzrə muhazirələr oxuyublar.

Səfər çərçivəsində UNEC-in müllimləri Dunayvaroş Universitetinin elmi işlər üzrə prorektoru Dr.Gyorgy Agoston və Sosial Elmlər İnstitutunun İqtisadiyyat kafedrasının müdiri, professor Andrea Kesi-Szeremlei ilə görüşüblər. Görüşdə UNEC-in Beynəlxaq İqtisadiyyat Məktəbi ilə Sosial Elmlər İnstitutu arasında əməkdaşlığın inkişaf perspektivləri, professor-müəllim heyəti və tələbələrin qısa və uzun müddətli mübadilə imkanları müzakirə edilib. Eyni zamanda, Dunayvaroş Universitetinin əlaqədar departamentləri ilə UNEC Empirik Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığın qurulması və birgə tədqiqat layihələrinin yerinə yetirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR