A

UNEC-in Rus İqtisad Məktəbində Rusiyanın və bütövlükdə dünya iqtisad təhsilinin brend ali təhsil müəssisələrindən olan Ali İqtisad Məktəbinin nümayəndələri qonaq olublar.

Tədbir iştirakçılarına qonaqları AİM-in əcnəbi tələbələrin cəlb olunması üzrə direktoru Aleksandr Dreyevi və AİM-in dosenti, “Korporativ hüquqşünas” təhsil proqramının elmi rəhbəri Svetlana Çexovskayanı RİM-nin direktoru Mənsur Bərxudarov təqdim etdi. Tədbirə həmçinin “Bank of Baku”nun hüquq departamentinin bir qrup əməkdaşı dəvət edilmişdi.

Aleksadnr Dreyev AİM-in strukturu, filialları və kampusları, UNEC-lə əməkdaşlıq perspektivləri barədə iştirakçılara məlumat verdi. 

AİM-in dosenti Svetlana Çexovskaya “Rəqəmsal iqtisadiyyat və xüsusi hüquq” mövzusunda mühazirə oxudu. Natiq rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə sürətlə daxil olduğunu, yaşam tərzinin özünü, peşələrə, təhsilə yanaşmanı dəyişdiyini bildirdi. Bununla bağlı iqtisadi, korporativ hüquq sahəsində bir çox yeniliklərin yarandığını və müasir təhsilin gəncləri artıq biliyə deyil, dəyişən reallıqlarda bilik əldəetmə metodları və texnologiyalarına yiyələnməyə yönəltməkdən ibarət olduğunu bildirdi. 

UNEC-də gördükləri mühit və potensialdan məmnun qaldıqlarını bildirən qonaqlar əməkdaşlığın sürətlə inkişaf edəcəyi və dərinləşəyinə əminliklərini ifadə etdilər.  

TOP XƏBƏRLƏR