A

2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini nəzərə alaraq, Azərbaycan Dövlət İqtisad Universitetində bu il “Yaşıl UNEC” ili olacaq.

“Yaşıl UNEC” ili çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planının müzakirəsi məqsədilə UNEC rektoru professor Ədalət Muradov müvafiq strukturların, eləcə də tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb. Müzakirələr aparıldıqdan və yeni təkliflər səsləndirildikdən sonra 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihəni əhatə edən Tədbirlər Planı təsdiqlənib. Həmçinin “Yaşıl UNEC loqosu” da “Yaşıl UNEC İli”nin rəmzi kimi qəbul edilib.

TOP XƏBƏRLƏR