A

Azərbaycan Dövlət İqti­sad Universite­ti­nin UNEC Biznes Məktəbinin  MBA proqramı­ ACCA akkredi­tasi­ya­sı qazanıb.

İlk dəfə UNEC Biznes Məktəbinin MBA Proqramının “Müha­si­­bat uçotu” ixtisaslaşması 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək 5 illik müddətə ACCA təşkilatında mühasibat və audit ixtisaslaşması üzrə peşəkar səviyyəli akkreditasiya edilib. 

Bununla da UNEC Biznes Məktəbinin məzunları Beynəl­xalq Mühasib­lər Assosiasi­ya­sı­nın (IFAC) üzvü olan ACCA (Diplomlu və Serti­fikatlı Mü­ha­sib­lər Assosiasiyası) təşkilatının kvali­fi­ka­siyası üzrə bütün funda­men­tal fənlər­dən azad edilib.

2017/18-ci tədris ilindən etibarən UNEC Biznes Məktəbini bitirən məzunları (“Mühasibat uçotu” ixtisas­laşması üzrə) ACCA akkreditasiyasının fundamental hissəsinin aşağıda qeyd edilən bütün fənlərin­dən azad olunurlar:

MBA in Accounting - Exemptions Certificate-1F1 –Biznesdə mühasib;

F2 – İdarəetmə uçotu;

F3 – Maliyyə uçotu;

F4 – Biznes hüququ;

F5 – Performansın idarəedilməsi;

F6 – Vergitutma;

F7 – Maliyyə hesabatı;

F8 – Audit;

F9 – Maliyyə menecmenti.

“Mühasibat uçotu” ixtisas­laşmasından başqa digər ixtisaslaşmalardan məzun olanlar isə ACCA təşki­latı­­nın F1-F4 imtahanlarından azad olunurlar.

Qeyd: 

ACCA akkreditasiyasının fundamental hissə­sinin fənlərin­dən azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən bey­nəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb edilir. UNEC Biznes Məktəbinin MBA proqramı ACCA ak­kre­­di­tasi­yasını əldə etməklə öz m­a­gistrlərinin əminliklə karyera qurmasına şərait yara­dır, onları əlavə vaxt itkisin­dən və xərclərdən azad edir.

ACCA kvalifikasiyası İngiltərədə yaradılıb. Bu kvalifikasi­ya­ maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən işgüzar dəyər for­ma­laşadıran peşəkar kvalifikasiya hesab olunur.

ACCA təşkilatında akkreditə edilən UNEC Biznes Məktəbinin MBA proqramın­ın məzunlarını fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, əmək bazarında uğurlu fəaliyyət göstərən rəqabət qabiliyyətli yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər belə məzunlara qeyd-şərtsiz üstünlük verirlər.  ACCA sertifikatı peşə­kar dəyər­lərə, iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviy­yə­li kvalifikasiya statusuna malikdir.

 

TOP XƏBƏRLƏR