UNEC-lə Türkiyənin Akademik Düşünce İnstitutunun birgə təşkilatçılığı ilə “Covid-19 virusunun təsirləri” mövzusunda onlayn seminar keçirilib.
Seminarda gənc tədqiqatçılar mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Türkiyənin məşhur elmi tədqiqat saytı olan Akademik Kaynak saytının (ISSN : 2687-6310) azərbaycanlı yazarı, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrantı Aslan Əzimzadə Covid-19-un Çin və dünya iqtisadiyyatına təsirindən danışıb. Məruzədə pandemiyanın dünya neft qiymətlərinə, Çinin SSE Composite və FTSE China A50 indeksinə, dünyanın turizm sektoruna və TMK-lara təsiri haqqında təhlil aparılıb. Həmçinin pandemiya dövründə Azərbaycanın pandemiya ilə mübarizə modeli, dünya maliyyə bazarlarında baş verən dəyişikliklər, postpandemiya dövründə işsizlik problemlərinə aid suallar cavablandırılıb.