A

UNEC Biznes Məktəbinin bir qrup magistrantı ASAN İnnovativ İnkişaf Mərkəzində "Blokçeyn nədir?" adlı infosessiyada iştirak ediblər.

İnfosessiyada blokçeyn platforma tipləri və riskləri, kriptovalyuta, treydinq və treydinq analizləri barədə geniş məlumat verilib.

Bundan əlavə ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində yeni yaradılmış Blokçeyn Təlim Mərkəzinin məqsədləri və gələcək fəaliyyət istiqamətlərindən də bəhs edilib.

İnfossesiya zamanı əsas və əhəmiyyətli konseptləri sadə infoqrafiyalar və qrafiklərlə izah edən təlimçilər Tofiq Əliyev və Bilal Sadıqov iştirakçıları maraqlandıran sualları da cavablandırıblar.

TOP XƏBƏRLƏR