UNEC-in Mühəndislik fakültəsi tərəfindən universitet və fakültə barədə yeniliklərin təbliğatı ilə bağlı şəhər və rayon məktəblərinin yuxarı sinif şagirdləri ilə onlayn görüşlər keçirilb.
UNEC-in tanıtım kampaniyası işinin aparılması üçün “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentləri Səfərova Təranə, İsmayılzadə Mətanət, b/m. Əliyeva Mətanət Gəncə şəhər C.Cabbarlı adına 6 saylı, 7 saylı, M.Pənah Vaqif adına 8 saylı, A.S.Puşkin adına 9 saylı, M.Hadi adına 10 saylı tam orta məktəblərdə, dos. Məhərrəmova Sevinc, b/m. Kazımova İlhamə Gəncə şəhər 27 saylı Riyaziyyat-informatika, fizika təmayüllü məktəb-liseydə, 25, 28, 33 və 39 saylı tam orta məktəblərdə, baş müəllimlər Niyazova Aytən və Süleymanova Adilə Sumqayıt şəhər 1, 4, 5, 11, 16, 23, 25 və 33 saylı tam orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri ilə zoom platforması üzərindən onlayn görüşlər keçiriblər.
Görüşlərdə məktəblilərə universitetin təhsil imkanları, ixtisaslar, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd və s. barədə məlumat verilib. Həmçinin Mühəndislik fakültəsində qəbulu aparılan “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” ixtisaslarının mahiyyəti və karyera imkanlarından bəhs olunub. Həmçinin UNEC ilə Türkiyənin Ege Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə birgə ikili diplom proqramına qəbulun həyata keçirildiyi diqqətə çatdırılıb.
Görüşlər zamanı şagirdləri maraqlandıran suallar da cavablandırılıb.