A

24/7 kitabxanada UNEC tələbəsinin kitab təqdimatı keçirilib

“UNEC Clubrary”nin təşkilatçılığı ilə UNEC Kitabxana-İnformasiya Mərkəzinin 24/7 kitabxanasında baş tutan tədbirdə UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin 2-ci kurs tələbəsi Amin Zərbəliyevin müəllifi olduğu "Dünya İqtisadiyyatı" kitabının təqdimatı və müzakirəsi keçirilib. Müəllif kitabın yaranması ideyası, əsas məqsədi, yazılması metodologiyası və strukturuhaqqında ətraflı məlumat verib.

Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva, Türk Dünyası İqtisad Fakültəsinin dekan müavini Cəvahirxanım Məmmədova, Əsaslı kitabxananın müdir müavini Yusif Musayev və 24/7 kitabxananın müdiri Arzu Məmmədova öz çıxışlarında kitabın yazılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək Amin Zərbəliyevi böyük uğur münasibətilə təbrik ediblər.

Tədbirin davamında əməkdaşlar və tələbələr arasında kitabın məzmunu ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, UNEC-də ilk dəfə tələbə tərəfindən elmi kitabın hazırlanması tələbələrin elmi tədqiqatlara marağının artmasına və elmin populyarlaşdırılmasına xidmət edir. Vurğulanıb ki, UNEC-də tələbələrin keyfiyyətli təhsil alması ilə yanaşı, yenilikçi ideyalarının dəstəklənməsi və elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətlər təhsilalanların hərtərəfli inkişafına yol açır. 

Amin Zərbəliyev göstərilən diqqət və dəstəyə görə UNEC rəhbərliyinə təşəkkürünü bildirib, eyni zamanda kitabını gələcəkdə daha da təkmilləşdirəcəyini vurğulayıb. Müəllif kitabın hazırlanmasında təhsil aldığı fakültənin və müəllimlərinin əvəzsiz dəstəyini qeyd edib.

TOP XƏBƏRLƏR