11-12 aprel 2025-ci il tarixində UNEC-in Rus İqtisad Məktəbi ilə TDU-nun Beynəlxalq Sahibkarlıq Məktəbinin “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransda Azərbaycandan, Qazaxıstandan, Rusiyadan, Macarıstandan, Özbəkistandan, Belarusdan, Tacikistandan və Qırğızıstandan tədqiqatçılar və biznes icmalarının nümayəndələri iştirak edəcəklər. Konfrans hibrid (oflayn və onlayn) formatda keçiriləcək, tədqiqatçılara və sahibkarlara netvorkinq əlaqələri qurmaq üçün geniş imkanlar verəcək.
Müzakirə olunan mövzular: iqtisadiyyatın rəqəmsallaşması şəraitində sahibkarlıq təhsili; sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm; sahibkarlıq təhsili və məşğulluq; universitetlərdə sahibkarlıq ekosisteminin yaradılması; sahibkarlıq universitetləri; sahibkarlıq təhsilinin inkişafında dünya təcrübəsi; Azərbaycanda sahibkarlığın inkişafı və s.
Konfransın mühüm tarixləri bunlardır:
- 21.03.2025-ci il – məqalələrin təqdim olunması üçün son tarix;
- 28.03.2025-ci il - Konfransa qəbul olunan məruzə müəlliflərinə qəbul məktubunun göndərilməsi;
- 4.04.2025-ci il – Konfransda iştirak üçün qeydiyyatın tamamlanması.
Məqalələr azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir.
Məqalələrə qoyulan tələblər: Times New Roman, şrift 14, həcm 4-10 səhifə, interval 1, səhifənin parametrləri sol-3 sm, sağ-1.5 sm, yuxarı-2 sm, aşağı-2 sm.
Məqalələri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail göndərə bilərsiniz.