İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2024-cü ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün yay düşərgəsi və iş yerində təcrübə olmaqla, iki hissədən ibarət Yay Təcrübə Proqramı təşkil edir.

Yay düşərgəsi 7 gün müddətində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək. İş yerində təcrübə 8 həftə müddətində Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində keçiriləcək.

Yay Təcrübə Proqramının müddəti 28 iyun 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək davam edəcək.

Təcrübə proqramının üstünlükləri:

  • Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanı;
  • İqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
  • Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
  • Təcrübə proqramını uğurla tamamlayan tələbələrin dövlət vergi orqanlarına daimi işə qəbulu üçün dəyərləndirilməsi.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
  • Cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün sənəd qəbulu Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanı vasitəsilə 1 aprel 2024-cü il saat 09:00-dan 30 aprel 2024-cü il saat 23:59-dək həyata keçiriləcək.

  • Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2024” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.

Proqramla bağlı ətraflı məlumat

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay