Azərbaycan Texniki Universiteti və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə aprelin 17-də Karyera sərgisi keçiriləcək.

Sərgidə “Holcim Azərbaycan”, “BP”, SOCAR, “Gilan Tekstil Parkı”, Bilişim Vadisi, “Azərenerji” ASC, "Azərbaycan Dəmir Yolları" QSC, “AzerGold” QSC, Mərkəzi Bank, “Kapital Bank”, “Paşa Bank”, ABB kimi ümumilikdə 100-ə yaxın dövlət qurumu, özəl şirkət və müəssisələr ixtisaslara uyğun vakant iş yerləri, təcrübə və təqaüd proqramları, həmçinin karyera imkanları barədə ətraflı məlumat verəcəklər.

Sərgi AzTU-nun İdman sarayında saat 10:00-dan 13:00-dək keçiriləcək.

Karyera sərgisində iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.  

Qeydiyyat linki: https://forms.gle/mqn1MVn6yv9jVBGH8 

Qeydiyyat üçün son tarix: 16.04.2024

Karyera sərgisinə gedərkən CV-nizi özünüzlə götürməyi unutmayın.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay