28 sentyabr - 26 oktyabr 2022-ci il tarixləri arasında Clarivate Analytics tərəfindən Web of Science elmi platforması haqqında aşağıdakı mövzularda vebinarlar təşkil olunacaq.

  1. EndNote ilə nəşr formatına uyğun işin sürətli və düzgün formatlaşdırılması-28 sentyabr
  2. Research Smarter:Web of Science bazasındakı tədqiqatçı profilləri-29 sentyabr
  3. Nəşr üçün uyğun jurnal seçimi-5 oktyabr
  4. Yırtıcı jurnallar və onların qurbanına çevrilməmək üçün nə etmək olar?- 12 oktyabr
  5. WoS və InCites istifadə edərək təşkilatın nəşriyyat fəaliyyətinin qiymətləndirilməsi-19 oktyabr
  6. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün elmi töhfənizi artırmaq (UN Sustainable Development Goals)- 26 oktyabr

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri vebinara Webex səhifəsi üzərindən qoşula bilər. Vebinarda iştirak edən nümayəndələrin sertifikatları şirkət tərəfindən onların elektron poçt ünvanlarına göndəriləcəkdir. Vebinarda iştirak etmək üçün qeydiyyat linki https://forms.gle/F4dNZ6WJuhXsSWKx7Vebinarlar haqqında geniş məlumat qeydiyyat linkinə əlavə olunmuşdur.

Qeydiyyat üçün son tarix: 26 oktyabr 2022-ci il

Əlavə məlumat almaq üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edə bilərsiniz.

 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay