BMT, ABŞ və “Hult Business School” tərəfindən mailiyyələşdirilən Hult Prize müsabiqəsi 100 dən çox ölkədən tələbələrin qatıldığı və “Tələbələr üçün Nobel mükafatı” da adlandırılan sosial startup müsabiqəsidir.

Komandanızı qurub bu müsabiqədə qalib olmaqla siz 1 milyon dollar qazana bilərsiniz.

Geyim və moda sənayesini davamlı edə biləcək ideyası olan hər kəs müsabiqəyə qoşula bilər.

Komandanızı qeydiyyatdan keçirtmək üçün saytda olan qeydiyyat formasından istifadə edə bilərsiniz.  Qeydiyyatdan keçdikdən sonra aşağıdakı formu doldurmağınız xahiş olunur.

Saytın linki: https://oncampus.hultprize.org/unec-azerbaijan-state-university-of-economics

Formun linki: https://forms.gle/BNHCYVgiwuRag4hc6

Hult Prize 2023 müsabiqəsi üçün komanda qeydiyyatının son tarixi: 01.12.2022

Komandalar kampus finalında layihələri azərbaycan dilində, Regional finalda isə ingilis dilində təqdim etməlidir.

  • Komanda 3-4 nəfərdən ibarət olmalıdır.
  • Layihə dayanıqlı geyim və moda sənayesinə aid olmalıdır.
  • Layihə 10 il ərzində 1 milyon müştəriyə çata biləcək potensialda olmalıdır.
  • Qeydiyyatdan sonra UNEC də təlimlər keçiriləcək.
  • Təlimlərdə iştirak könüllüdür. İştirakçılar mütəxəssislərdən məlumat alaraq layihələrini daha da təkmilləşdirmək imkanı əldə edəcəklər.

Birinci yeri qazanan UNEC komandası xaricdə Azərbaycanı təmsil etmək imkanı əldə edəcək.

Ətraflı məlumat üçün:

WhatsApp:  +994 554035305

Facebook

Instagram

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay