A

“UNEC istedadları” layihəsində bu dəfə UNEC tələbəsi Rəhilə Məmmədzadəni tanıyacaqsınız.

Rəhilə Məmmədzadə 30 aprel 1997-ci ildə Bakıda anadan olub. İbtidai təhsilini 3 nömrəli gimnaziyada alan Rəhilə, sonradan təhsilini 156 saylı tam orta məktəbdə davam etdirib. Məktəb illərində həmişə fəal şagird kimi tanınıb, olimpiada yarışlarında iştirak edib.

2014-cü ildə UNEC-in Maliyyə və mühasibat fakültəsində maliyyə ixtisasına qəbul olub. I kursun ilk semestrini uğurla başa vurandan sonra Rəhilə müsahibə yolu ilə Beynəlxalq İqtisadiyyat Məktəbində ixtisası üzrə təhsilini davam etdirir. Hazırda 4-cü kurs tələbəsidir.

İxtisasını ailəsinin istəyi ilə seçdiyini deyən Rəhilə magistr təhsilini marketinq üzrə davam etdirməyi və bu sahə üzrə karyera qurmağı düşünür. Rəhilənin memarlığa da böyük həvəsi var. Peşəkar qrafik rəsmlər çəkir, hətta memarlıq üzrə ikinci bakalavr təhsili almağı da planlayır. Çəkdiyi rəsmlərin diqqət və bacarıq tələb etdiyini deyən Rəhilə gələcəkdə bu sənəti peşəkar olaraq davam etdirəcəyini arzulayır.

UNEC tələbəsinin istedadı bununla bitmir, o həm də gözəl musiqi duyumuna və səsə malikdir. Boş vaxtlarında tələbə yoldaşları Anar Bağırov və Baba Abbasovla birlikdə müxtəlif janrlarda musiqi ifa edirlər. Onlar fakültədaxili tədbirlərdə də fəal iştirak edirlər.

VİDEO

“UNEC istedadları” - “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)

Sərxan Cəfərov – “UNEC istedadları” – şair və rəssam (27.11.2017)

Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)

Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)

Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)

Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)

Ləman Əkbərova – UNEC istedadları” - tələbə şairə (06.10.2017)

Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR