“UNEC istedadları” layihəsində xanəndə Yusif Cəfərzadəni təqdim edirik:

Yusif Cəfərzadə 2000-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. Əslən Laçın rayonundandır. Bakı şəhəri Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin məzunudur. UNEC-in İqtisadiyyat fakültəsinin I kursunda dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alır.

Uşaqlıqdan musiqiyə çox böyük marağı olan Yusif 2007-ci ildə Niyazi adına 22 saylı musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olur. Azərbaycanın milli-mənəvi sərvəti olan muğama və xalq musiqisinə olan marağı onu özünə cəlb edir. O, tar sinfini bitirdikdən sonra elə həmin məktəbdə yenidən xanəndə ixtisası üzrə təhsil alır. Məktəbdə özfəaliyyət dərnəyinin solisti və xor kollektivinin üzvü kimi fəaliyyət göstərərək çoxsaylı tədbirlərin iştirakçısı olub. 2016-cı ildə N.Gəncəvinin 875 illik yubileyinə həsr olunan incəsənət müsabiqəsində “N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası” nominasiyası qazanaraq, diplomla təltif olunub. 2017-ci ildə “Vətənim and yerim” adlı musiqi layihəsində iştirakına görə sertifikatla təltif olunub. Y.Cəfərzadə “Qarabağ bülbüləri” ansamblının və UNEC Yaradıcılıq Mərkəzinin üzvüdür. Ən böyük arzusu muğamın sirlərinə daha dərindən yiyilənmək və doğma torpağı olan Qarabağda konsert verməkdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR