A

Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Zəka Əhmədli “UNEC istedadları” layihəsində:

Zəka 2000-ci il avqust ayının 9-da Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. Orta məktəbdə təhsil aldığı dövrdə tədbirlərdə həm təşkilatçı, həm də iştirakçı qismində fəallığı ilə seçilib.

Kiçik yaşlarından idmanın “Shotokan Karate Do” növü ilə uzun müddət məşğul olub. Şəhər, bölgə və respublika üzrə təşkil edilmiş müxtəlif seminar, turnir və yarışlarda iştirak edərək, uğurlar qazanıb. Zəka idmanla yanaşı, incəsənətə olan marağı sayəsində Şəki şəhər 1 saylı uşaq incəsənət məktəbində skripka üzrə də təhsil alıb. Bu sahədə də çoxsaylı uğurlar qazanan Zəka respublika səviyyəli konsertlərdə çıxış edib.

Abituriyent olduğu dövrdə gitara ifa etməyə başlayan Zəka, daha sonra həvəskar kimi mahnı oxuyub və tamaşalarda kiçik rollar alıb. Bununla belə, dərslərində göstərdiyi fəallıq nəticəsində 2017-ci ildə 554 bal toplayaraq UNEC-ə qəbul olub. O, UNEC Yaradıcılıq Mərkəzinin üzvüdür. Mərkəzdə təşkil olunan tədbirlərdə aktyor və ifaçı kimi iştirak edir.

Zəka bakalavr pilləsini başa vurduqdan sonra magistr olmağı planlaşdırır və gələcəkdə öz ixtisası üzrə çalışmağı arzulayır. Eyni zamanda da musiqi ilə məşğul olmağı və bacarıqlarını inkişaf etdirməyi düşünür.

UNEC istedadlarını tanıyın:

Öz biznesini quran UNEC istedadı (16.02.2018)
UNEC istedadları: Xanəndə tələbə (9.02.2018)
Böyük Britaniya və Türkiyənin istinad etdiyi UNEC istedadı (26.01.2018)
UNEC istedadları: Tələbə-fotoqraf (19.01.2018)
UNEC istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam (12.01.2018)
“UNEC istedadları” – “MurAn” qrupu (29.12.2017)
“UNEC istedadları”: aktyor tələbə (22.12.2017)
Rəhilə Məmmədzadə – “UNEC istedadları”: memar və müğənni (8.12.2017)
“UNEC istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “UNEC istedadları” –  şair və rəssam  (27.11.2017)
Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)
Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – UNEC istedadları” - tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR