A

“UNEC istedadları” layihəsinin budəfəki qəhrəmanı Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Şamil İsmayılovdur.

Şamil 1999-cu il oktyabrın 5-də Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şamil bunun əsas səbəbini anasının gözəl səsinin olmasında görür. O, anasının dəstəyi ilə mədəniyyət evində solist kimi dərslər almağa başlayır, bir müddət sonra isə piano üzrə musiqi təhsilinə davam edib.  Məktəbdə təhsil aldığı dövrdə tədbirlərdə, musiqi yarışlarında fəal iştirak edən Şamil “Ana dilimizi sevək, sevdirək” yarışmasının şəhər turu üzrə qalibi olub. Musiqi ilə yanaşı, dərslərinə də məsuliyyətlə yanaşan Şamil orta məktəbi fərqlənmə ilə bitirərək, 2017-ci ildə UNEC tələbəsi adını qazanıb.

Şamil UNEC-də təşkil olunan bədii tədbirlərdə solist kimi çıxış edir. Digər UNEC istedadı olan qrup yoldaşı Zəka Əhmədli ilə birlikdə “The Young Star of UNEC” müsabiqəsinə qatılmağa hazırlaşır.

Şamil bakalavr pilləsini başa vurduqdan sonra, magistr təhsili almağı planlaşdırır və gələcəkdə öz ixtisası üzrə çalışmağı arzulayır. Eyni zamanda musiqi bacarıqlarını daha da inkişaf etdirərək dünyaca məşhur ifaçılardan biri olmaq istəyir.

 *UNEC istedadlarını tanıyın:

UNEC istedadları: dizayner və rəssam (13.04.2018)
“UNEC istedadları”: idmançı və musiqiçi (6.04.2018)
Öz biznesini quran UNEC istedadı (16.02.2018)
UNEC istedadları: Xanəndə tələbə (9.02.2018)
Böyük Britaniya və Türkiyənin istinad etdiyi UNEC istedadı (26.01.2018)
UNEC istedadları: Tələbə-fotoqraf (19.01.2018)
UNEC istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam (12.01.2018)
“UNEC istedadları” – “MurAn” qrupu (29.12.2017)
“UNEC istedadları”: aktyor tələbə (22.12.2018)
Rəhilə Məmmədzadə – “UNEC istedadları”: memar və müğənni (8.12.2017)
“UNEC istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “UNEC istedadları” –  şair və rəssam  (27.11.2017)
Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)
Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – UNEC istedadları” - tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR