A

2016-2017-ci tədris ili üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) altı tələbəsinin adı var.Prezident təqaüdünə layiq görülən UNEC tələbələri Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alırlar. UNEC haqqında fikirlərini bölüşüblər.

Şahbaba Məmmədov

ShahbabaŞahbaba Məmmədov 1998-ci il oktyabrın 5-də Rusiyanın Sankt Peterburq şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə Bakıya köçən Şahbaba orta təhsilini İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində davam etdirib. O, TQDK-nın 2016/2017-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq UNEC-ə qəbul olub. Ş.Məmmədov maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC regionun ən böyük iqtisadyönümlü universitetidir.

İqtisad Universitetində təhsil 4 dildə aparılır. Elə mən özüm də ingilis dilində təhsil alıram. Dərslərin ingilis dilində tədris olunması bizə çox böyük üstünlüklər qazandırır. Eyni zamanda, burada UNEC diplomu ilə bərabər, Avropanın nüfuzlu universitetlərinin diplomunu əldə etmək mümkündür. Eləcə də iki ixtisasa paralel olaraq yiyələnmək olar. UNEC-in imtahanlarda yüksək nəticə göstərən tələbələr üçün təsis etdiyi xüsusi təqaüd proqramları bizə çox böyük motivasiyadır.

Aygül İsmayılova

AygunAygül İsmayılova 1999-cu ildə Ağdaş rayonunda anadan olub. Bakı şəhəri Xətai rayonundakı 204 saylı tam orta məktəbi qızıl medalla bitirib. 2015-2016-cı illərdə keçirilən respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə iki dəfə gümüş medalla təltif olunub. Təhsil Nazirliyinin keçirdiyi bilik yarışlarda fəal iştirak edib. UNEC-ə 692 bal ilə daxil olub. Maliyyə ixtisasında təhsil alır.

- UNEC-də dərs prosesi məni tam qane edir. Gənc və savadlı müəllim kollektivi, interaktiv dərs metodu, mütəmadi olaraq təlimlərin təşkili, tələbəyə verilən dəyər UNEC-in özəllikləridir. Yuxarı kurslarda mübadilə proqramlarında iştirak etməyi düşünürəm. UNEC-in bizə yaratdığı bütün imkanlardan istifadə edəcəyəm.

Nərgiz Cəbiyeva

NargizNərgiz Cəbiyeva 1999-cu il mayın 13-də Ukraynanın Donetsk vilayətində anadan olub. 2015-2016-cı illərdə keçirilən Respublika Fənn olimpiadasında gümüş medal qazanıb. 2016-cı ildə Fizika, riyaziyyat və infomatika təmayüllü məktəbi qızıl medalla bitirib. 692 balla UNEC-ə daxil olub. Maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC tələbəsi olmaq ingilis dilində peşəkar müəllimlərdən dərs almaq və öz ixtisasını iki dildə bilmək deməkdir. Məzun olduqda əmək bazarında tələb olunan kadr kimi yetişməyimiz üçün UNEC-də hər bir şərait var. Müəllimlərimiz bizə bilik verməklə yanaşı, həm də öz zəngin iş təcrübələrindən söz açırlar. Bu, bizim üçün çox faydalıdır.

Aidə Qəhrəmanova

AidaAidə Qəhrəmanova 1999-cu ildə Bakıda anadan olub. Bakı şəhər 42 saylı məktəbi bitirib. 2010-cu ildə Bakı şəhərində bir çox məktəblər arasında keçirilən “İntellekt marafonu” adlı bilik yarışında fərmanla təltif olunub. UNEC-ə 690 balla qəbul olub. Maliyyə ixtisasında təhsil alır.

- UNEC-də təcrübəli, savadlı müəllim heyəti ilə əhatə olunmağımız məni çox sevindirir. Tətbiq olunan dərs metodları tələbələrin dərsə olan marağını daha da artırır. İstərdim ki, bu cür təcrübəli müəllimlər universitetə daha çox cəlb olunsun və UNEC gündən-günə zənginləşsin.

Nərminə Seyidova

NarminaNərminə Seyidova 1998-ci ildə Bakı şəhərində anadan olub. Bakı “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi”nin məzunudur. Universitetə 688 balla qəbul olub. Biznesin idarəedilməsi ixtisası üzrə təhsil alır.

- İngilis dilində tədris almağın gələcək həyatımda mənə daha faydalı olacağını düşündüyüm üçün UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini seçdim. Dərsləri mənimsəməkdə çətinliyimiz olduğu zaman müəllimlər bizə yardımçı olurlar. İngilis dilində təqdimatlar, sərbəst işlər hazırlamaq dil səviyyəmizi inkişaf etdirməyə kömək olur. İntellektual səviyyəmizi artırmaq üçün fakültə daxilində yarışlar, müsabiqələr keçirilir.

Turan İsayev

TuranTuran İsayev 1999-cu ildə Zərdab rayonunda anadan olub. Zərdab şəhər H.Aslanov adına 3 saylı orta məktəbi məktəbi bitirib. Məktəbdə təhsil aldığı dövrdə müxtəlif intellektual yarış və olimpiadalarda iştirak edib. “Kim? Harada? Nə zaman?” yarışmasının qalibi olub. Qəbul imtahanında 686 bal toplayaraq UNEC-ə qəbul olub. Maliyyə ixtisası üzrə təhsil alır.

- Düşünürəm ki, seçdiyim ixtisas üzrə ali təhsil almaq üçün ən düzgün seçim UNEC-dir. Universitetdə keyfiyyətli təhsil almaq üçün hər cür şərait yaradılıb və ən əsası ingilis dilinin inkişaf səviyyəsinin artırılmasına da hər cür dəstək olunur. Bizə dünyanın ən nüfuzlu universitetlərinin məzunları dərs keçir. UNEC tələbəsi olmaq bir üstünlükdür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay