A

Abituriyentlərə UNEC-i yaxından tanıtmaq üçün “UNEC-də 1 gün” layihəsinə yenidən start verilib.

Layihə çərçivəsində “Fortis Academy”də II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər UNEC-də olublar. Görüş zamanı abituriyentlərə UNEC-dəki ixtisaslar, tədris, xarici universitetlərlə ikili diplom, UDİD, minor və beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, 700 bal toplayanlar UDİD proqramına ödənişsiz, 600 və daha yüksək bal toplayanlar  isə 50% güzəştlə qoşulacaqlar.

Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar auditoriyalar, oxu zalı, 7/24 kitabxana, Radio UNEC, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.

“UNEC-də 1 gün” layihəsində iştirak etmək istəyənlər 492 58 63; 492 60 43.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay