A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Türk Dünyası Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Coğrafi yaxınlıqlara dayanan iqtisadi analizlərin önəmi və istifadəsi” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışıb, coğrafi baxımdan yaxın olan ölkələrin iqtisadi əməkdaşlıq əlaqələrinin təhlil edilməsinin önəmli olduğunu bildirib.

Mövzu ətrafında təqdimatla çıxış edən UNEC Türk Dünyası Araşdırmalar Mərkəzinin tədqiqatçısı, İstanbul Universitetinin doktorantı Həsrəddin Quliyev coğrafi bağlılığın mahiyyəti, onun modelə daxil edilməsi, coğrafi modellərin istifadə sahələri və s. barədə ətraflı məlumat verib. Bu sahədə ixtisaslaşmış jurnalların apardığı təhlil nümunələrini iştirakçılarla bölüşən məruzəçi, coğrafi cəhətdən yaxın olan ölkələrin statistik analizlərini hesablamalar vasitəsilə diqqətə çatdırıb.

İstanbul Universitetinin doktorantı Turan Kərimli öz çıxışında qeyd edib ki, iqtisadiyyatda məkansal təsirlərin ortaya çıxması yaxın ölkələrin bənzər iqtisadi sistemə sahib olması, bənzər pul vahidi, dil, din, mədəniyyət, dəyər və vərdişə sahib olması ilə əlaqədardır. Bu baxımdan bənzər ölkələrin iqtisadi cəhətdən təhlili hər zaman insanlarda maraq doğurur.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçilər tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan seminarı LİNKƏ keçid etməklə izləyə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay