A

Aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universitetində "Yeni dövrdə yeni ideyalarla" mövzusunda silsilə tədbirlər çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin, Əmək Bazarının Monitorinqi Mərkəzinin və Biznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə dos. İsmayıl İsmayılovun təqdimatında "Əmək bazarında müasir çağırışlar" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri dos. İsmayıl İsmayılovun "Əmək bazarında müasir çağırışlar" mövzusunda məruzəsi dinlənilib. O, müasir dövrdə əmək bazarındakı dəyişikliklər, tələblər barədə məlumat verərək, əmək bazarının yeni çağırışlarına uyğun kadr hazırlığının əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən, həllini gözləyən problemlərdən danışıb. Məruzəçi Azərbaycanda əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını həyata keçirmək üçün təhsil sahəsində bir sıra istiqamətlər üzrə ciddi islahatlara ehtiyac olduğunu, cəmiyyətdə təhsilə münasibətin dəyişməsinin zəruriliyini bildirib.

Sonra məruzə ətrafında müzakirələr başlayıb. Əmək Bazarının Monitorinqi Mərkəzinin üzvü Mətləb Mahmudov, Biznes və menecment fakültəsinin katibi Elxan Salayev, ACT konsaltinq şirkətinin tədqiqatçısı Tural Habiloğlu, “AzərTürkBank”ın əməkdaşı Türkan Rəhimova, “Bank of Baku”nun əməkdaşı Ruslan Mahmudov mövzu ilə bağlı maraqlı çıxışlar ediblər, tələbələrin suallarını cavablandırıblar.

Müzakirələr zamanı hazırda əmək bazarındakı işçi qüvvəsinin əksəriyyətinin ixtisassız kadrlar olduğu diqqət çatdırılaraq, müasir çağırışlara uyğun kadr hazırlığının həyata keçirilməsi istiqmətində təkliflər səsləndirilib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay