A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin ekspert qiymətləndirməsi və yenidən dəyərləndirmə prosesi” mövzusunda növbəti master-klas keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbirin məruzəçisi, Böyük Britaniyanın Southampton Universitetinin dosenti Kamran Məlikov barədə ətraflı məlumat verib, onun bu sahədə apardığı tədqiqatlardan danışıb, keçirilən tədbirin Mərkəzin ilk tədbiri olduğunu bildirib.

Təqdimatla çıxış edən məruzəçi Kamran Məlikov dünyanın nüfuzlu elmi jurnallarının nail olduğu uğurların təməlində dayanan amillərdən birinin məhz rəy sisteminin düzgün qurulması olduğunu bildirib. Rəy sisteminin (Peer-review) akademik nəşrlərdə dərc olunan məqalələrin yoxlanılmasında, tədqiqatların səmərəliliyinin yüksəldilməsində, effektiv nəticələrin əldə olunmasında, keyfiyyət və orijinallığın qiymətləndirilməsində, plagiatın qarşısının alınmasında mühüm mərhələ olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçi tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Çıxış edənlər məqalələrin ekspert qiymətləndirilməsindən keçirilməsinin elmi məqalə nəşrində mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan seminarı https://fb.watch/ksw8a_o9L0/  linkinə keçid etməklə izləyə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay