UNEC nümayəndələri İqtisad Universitetinin bütün tədris binalarında, eləcə də Zaqatala filialında Web of Science bazasından istifadə etmək hüququna malikdirlər.

Həmin bazada qeydiyyat prosesi ResearcherID profillərin yaradılması ilə tənzimlənir. UNEC-in professor-müəllim heyətinin nümayəndələrinin həmin bazada profilləri mövcuddur.

SİYAHI

ResearcherID profillərin yaradılması qaydası:

  1. UNEC daxilindəki kompüterlərdən (proxy serveri vasitəsilə) yəni IP autentifikasiyalı kompüterdən https://www.webofscience.com saytına daxil olun.
  2. Səhifənin yuxarısında Qeydiyyatdan keçin (Register) üzərinə klikləyin.
  3. Captcha hissəsinə E-poçt ünvanınızı, parolunuzu, adınızı daxil edin və qeydiyyat prosesini tamamlayın. Sistem sizə e-poçtunuzun Web of Science və ya digər Clarivate məhsulları üçün qeydiyyatdan keçib-keçmədiyi haqqında bildiriş göndərəcək.
  4. UNEC elektron poçt ünvanınıza Web of Science doğrulama e-poçtu göndəriləcək. Hesabınızı aktivləşdirmək üçün "Verify email address" üzərinə klikləyin.
  5. https://www.webofscience.com səhifəsindən “Sign In” hissəsinə E-poçtunuz və şifrənizi daxil edərək rouminqi aktivləşdirin.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay