A

UNEC-də professor Maarifə Hacıyevanın Azərbaycan – Türkiyə” adlı kitabının müzakirəsi keçirilib.

“Kitab müzakirələri” layihəsi çərçivəsində keçirilən tədbirÜmumi Fənlərin Tədrisinin Təşkili Departamentinin və “Azərbaycan dili” kafedrasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdədepartament direktoru dos.Gülnarə Rzayeva və kafedra müdiri professor Tofiq Əbdülhəsənli çıxış edərək, kitab müzakirələrinin keçirilməsinin əhəmiyyəttindən danışıblar. Müzakirə olunan “Azərbaycan - Türkiyə” kitabında Maarifə xanımın  uzun illər ərzində yazıb-yaradaraq, müxtəlif  jurnal və qəzetlərdə dərc olunmuş məqalələrinin toplandığını bildiriblər.

Sonra prof.Maarifə Hacıyeva müəllifi olduğu kitab haqqında məlumat verərək, burada Türkiyə tarixində önəmli rol oynamış Fateh Sultan Mehmet, Mustafa Kamal Atatürk, Nuri Paşa, Ənvər Paşa kimi tarixi şəxsiyyətlərdən bəhs olunduğunu deyib.

Müzakirələrdə çıxış edən dos.V.Allahverdiyeva, dos.M.Əmrahova kitabda publisistikaya, resenziyalara, həmçinin  xatirələrə geniş yer verildiyini, eyni zamanda Xocalı soyqırımı, Qarabağın işğalı, erməni vəhşiliyi  kimi məsələlərin, müstəqillik  mübarizəmizin təqdim olunduğunu bidiriblər. Müasir türk şairlərinin şeirlərinin, oğuznamələrin, həmçinin  Dədə Qorqud boylarının yer aldığını diqqətə çatdırıblar.

Tədbir  tələbələrin çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay