A

Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təhsil qrantı proqramları çərçivəsində UNEC-də təhsil almış Efiopiya vətəndaşı Abrehet Mehari Gebreselassie doktorantura təhsilini uğurla bitirib.

Son 10 ildə UNEC-də doktorantura səviyyəsində təhsil almış və müdafiəsini uğurla başa vurmuş ilk əcnəbi tələbə olan Abrehet M. Gebreselassienin müdafiə mövzusu “Efiopiyada kiçik və orta müəssisələrin iqtisadi inteqrasiyası: Tiqray regionunda istehsal sektorunun təhlili nümunəsində” olub.

"Sahə iqtisadiyyatı" (ingilis dilində) ixtisasında təhsil almış A.M.Gebreselassienin dissertasiya müdafiəsi UNEC-in nəzdində fəaliyyət göstərən Dissertasiya Şurası tərəfindən müsbət qiymətləndirilib və AAK-ın qərarı ilə ona fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən əcnəbilərin ölkəmizdə təhsilinə dair keçirilən “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda UNEC-in doktorantı Abrehet Mehari Gebreselassie təhsildəki uğurlarına görə “Təşəkkürnamə” ilə də təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay