A

UNEC-də Elm günləri çərçivəsində 2023-cü il İqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında təqdimat keçirilib.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə keçirilən təqdimatda çıxış edən Elm üzrə prorektor dos. Fariz Əhmədov İAETİ-nin tədqiqat potensialının yüksəldilməsi, transmilli şirkətlər və beynəlxalq qurumların hesabatlarına istinad edərək, məlumatlandırıcı bülletenlərin hazırlanması, elmin müvafiq sahələri üzrə tədqiqatların genişləndirilməsi yollarından danışıb.

Sonra İAETİ-nin əməkdaşı i.f.d. Rəşad Hüseynov 2023-cü il Nobel mükafatı laureatı Cladua Qoldinin 1900-cü ildən bu günə kimi tarixi və riyazi hesablamalar nəticəsində qadınların əmək bazarına inteqrasiyasının təhlili, alimin elmi fəaliyyəti və həyatı barədə maraqlı təqdimatla çıxış edib.

İAETİ-nin əməkdaşı i.f.d. Murad Bağırzadə isə datalaşma, bilik iqtisadiyyatı və data iqtisadiyyatı barədə çıxış edərək, rəqəmsallaşma istiqamətində aktual mövzuların tədqiq olunması, məlumatlandırmanın qloballaşması, süni zəka, ChAT GPT-nin insan həyatına təsiri və elmi sferada tətbiqinə statistik məlumatlar verib.

Mövzularla bağlı maraqlı müzakirələrin aparıldığı tədbirin sonunda dos. Fariz Əhmədov gender, data iqtisadiyyatı və rəqəmsallaşma kimi aktual mövzular üzrə elmi tədqiqatların genişləndirilməsi, bakalavr və magistr tələbələrin dissertasiya işlərinə dair mövzu bankının yaradılması ilə bağlı təkliflər verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay