A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-də kitab müzakirələri”  adlı silsilə tədbirlər çərçivəsində növbəti müzakirə “Riyaziyyat və statistika” kafedrasının təşkilatçılığı, UNEC KİM-in dəstəyi ilə “Anizotrop örtüklər nəzəriyyəsində bircins həllər üsulu” kitabı barədə olub.

Tədbirdə “Riyaziyyat və statistika” kafedrasının müdiri prof. Natiq Əhmədov, kafedranın dosenti S.Əkbərova riyazi tədqiqat metodları və modelləşdirmə rolunun vacibliyindən danışıblar. Kitabın kafedrada riyaziyyat üzrə yerinə yetirilən elmi tədqiqat işləri üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. BDU-nun “Tətbiqi analizin riyazi üsulları” kafedrasının professoru, AMEA-nın həqiqi üzvü, akademik Məhəmməd Mehdiyevin müəllifi olduğu kitabın ingilis dilinə çevrilərək, “Springer” nəşriyyatında çapdan çıxdığını diqqətə çatdırıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay