A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr edilən “Müstəqillik dövrünün iqtisadi transformasiyası: ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçid” mövzusunda seminar keçirlib.

Seminarın açılışında Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent Altay İsmayılov Azərbaycanın müstəqilliyinin əhəmiyyəti, onun iqtisadi inkişafdakı rolunu qeyd edib. Eyni zamanda, Azərbaycan üçün bilik iqtisadiyyatına keçidin zəruriliyini vurğulayıb.

Sonra isə Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı Təhmasib Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə önə çıxarılmış iqtisadi inkişaf vizyonu ilə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı dövr arasındakı əlaqədən danışıb. Azərbaycan iqtisadiyyatının son 30 ildə əldə etdiyi iqtisadi göstəricilərə əsaslanan təhlilləri təqdim edib. T.Əlizadə təqdimatında Azərbaycan iqtisadiyyatının innovasiyaya əsaslanan yeni modelə keçid və bilik iqtisadiyyatının formalaşdırılması üçün zəruri olan siyasətlərdən də bəhs edib.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay