A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial- İqtisadi Kollecdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı “Azərbaycan müstəqillik illərində” mövzusunda dəyirmi masa keçirilib.

Seminar UNEC rektoru tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində təşkil olunub.

Seminarda kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov, Sosial və Humanitar işlər üzrə direktor müavini Zaur Vəliyev, tarix müəllimi Qələndər Muxtarlı və kollecin tələbələri iştirak edib. Direktor Vidadi Orucov Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, əgər 1991-ci ildə Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə, beynəlxalq aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Tarix müəllimi Qələndər Muxtarlı seminarda bu günün tarixi əhəmiyyətindən, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və onun möhkəmləndirilməsindən  söz açıb.

Bank işi ixtisası üzrə 454 saylı qrupun tələbəsi Mehdi Qurbanov, Kompüter Sistemlərində Proqram Təminatı ixtisası üzrə 320 saylı qrupun tələbəsi Asif Cənnətov Azərbaycanın dövlətçiliyi ilə bağlı məruzə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay