A

UNEC-in Türk Dünyası İqtisad fakültəsində “Müstəqilliyin 30-cu ilində Azərbaycan və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə İqtisadiyyat və işlətmə kafedrasının müdiri Oqtay Quliyev Azərbaycanın Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublika kimi yaranmasının tarixindən danışıb. Həyata keçirilən tədbirlərin müstəqil Azərbaycanın dövlətçilik əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Fakültə dekanı professor Mehmet Yüce “Müstəqilliyin 30-cu İlində Azərbaycan və Türk Dünyası” mövzusunda çıxış edərək, Türk dünyasının tarixi analizini edib. Türk dünyası ölkələri arasında iqtisadi, sosial-mədəni əlaqələrin əhəmiyyətini vurğulayan Mehmet Yüce eyni zamanda Qarabağın işğaldan azad edilməsinin Türk dünyasını quru yolu ilə Türkiyəyə, eləcə də Avropada yaşayan türklərə bağlayacağını və inteqrasiyanın təmin olunacağını bildirib.

Sonra kafedranın müəllimi Mirsahib Eminov Türkiyə ilə Azərbaycanın dostluq münasibətlərini təhlil edib, Türkiyənin əhəmiyyətli ticarət tərəfdaşı olduğunu vurğulayıb.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay